"Beşiktaş"ın hücumameyilli yarımmüdafiıçisi Adem Lyaiç zədələnib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilib ki, serbiyalı futbolçu bu gün baş tutan təlim məşq toplanışında sağ baldırından xəsarət alıb. Zədəli Lyaiç sabah baş tutacaq "Fənərbağça" - "Beşiktaş" oyununu buraxacaq.

Qeyd edək ki, "Fənərbağça" - "Beşiktaş qarşılaşması 29 noyabr Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.