Türkiyə Superliqasının turunda baş tutacaq "Fənərbağça" - "Beşiktaş" görüşü qabağı rəqiblər sosial şəbəkələrdə sakit dayanmır.

Offsideplus.az xəbər verir ki, ilk olaraq "Beşiktaş" "tvitter" hesabında belə bir paylaşım edib:

"Tvitter", video yükləmə müddətini artıra bilərsiz? "Fənərbağça" derbilərində verilməyən penaltilərimizin videolarını yükləyə bilmirik".

"Fənər"in cavabı isə özünü çox gözlətməyib: "Qavrayış. Matç öncəsi hakimləri təzyiq altına salmağa çalışaraq uğursuz taleyinə qalib gəlməyə çalışmaq".

Qeyd edək ki, "Fənərbağça" - "Beşiktaş" oyunu 29 noyabr Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.