"Beşiktaş" derbi öncəsi ciddi itki ilə üzləşib.

Offsideplus.az klub saytına istinadla xəbər verir ki, komandanın aparıdı simalarından olan Gökhan Törə zədələnib. Noyabrın 25-dəki məşqdə ayağında ağrılar hiss edən təcrübəli yarımmüdafiəçi hazırlığı yarımçıq dayandırıb. Bu gün "Acıbadem" xəstəxanasındakı MRT müayinəsindən sonra Gökhanın sağ ayağının baldırında əzələ yüklənməsinin olduğu üzə çıxıb.

Törənin yaşıl meydanlara nə vaxt dönəcəyi haqda bilgi verilməsə də, həftəsonu "Fənərbağça" ilə İstanbul derbisində forma geyməyəcəyi dəqiqdir.