"Qalatasaray" və "Fənərbağça"nın transferi uğrunda mübarizə apardığı oyunçu Ahmed Musadan cavab gəlib.

Offsideplus.az BBC-yə istinadən xəbər verir ki, son olaraq Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr"də forma geyinən hücumçu Türkiyə nəhənglərinin istəyinə münasibət bildirib.

28 yaşlı nigeriyalı Avropa klublarında çıxış etmək istədiyindən, növbəti dayanacağının "Şeffild Yunayted" olacağı gözlənilir. Buna baxmayaraq, o qeyd edib ki, xarici klublardan gələn təklifləri də nəzərdən keçirəcək. 

Qeyd edək ki, Nigeriya millisinin üzvü oktyabrda "Əl-Nəsr" klubundan ayrılarkən karyerasını Avropada davam etdirmək istədiyini açıqlamışdı.