Millimizin sabiq baş məşqçisi Robert Prosineçki hazırda rəhbərlik etdiyi "Denizlispor"dan istefa vermək istəyir.

Offsideplus.az xəbər verir ki, Türkiyə Kubokunun 4-cü turunda 2:1 hesabı ilə "Turqutluspor"a məğlub olan xorvatiyalı baş məşqçi istefa vermək istədiyini rəhbərliyə bildirib. O, sonra baş tutan mətbuat konfransında "Klub və bizim üçün ağır məğlubiyyət oldu. Təbii ki, bunun bir nəticələri olacaq", - deyib.

Xatırladaq ki, Robert Prosineçki 2014-17-ci illərdə Azərbaycan millisinə baş məşqçilik edib.