Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" klubu baş məşqçisi Fuat Çapa ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, rəhbərlik Superliqanın IX turunda səfərdə "Göztepe"yə 1:3 hesabı ilə uduzduqları görüşdən sonra belə bir qərar qəbul edib.

Qeyd edək ki, Fuat Çapa "Ankaragücü"yə bu il sentyabrın əvvəlində baş məşqçi təyin edilmişdi. Komanda hazırda 7 oyundan sonra 2 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.