“Sivasspor”dan Super Liqanın 8-ci turu çərçivəsində “Fatih Karagümrük”lə keçiriləcək səfər oyunu öncəsi koronavirus testi götürülüb. 

Offsideplus.az xəbər verir ki, testlər nəticəsində daha iki futbolçunun koronavirus testi pozitiv çıxıb. Bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb. Onlardan birinin millinin düşərgəsindən gələn oyunçu olduğu diqqətə çatdırılıb.

Bununla da test nəticəsi müsbət olan oyunçuların sayı 5-ə çatıb. Lakin heç birinin adı açıqlanmır.

Qeyd edək ki, "Sivasspor" noyabrın 26-da Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində "Başekşehir Fatih Terim" stadionunda "Qarabağ"ın "qonağı olacaq".