"Qalatasaray" "Fənərbağça"nın sabiq ulduzunu transfer edir.

Offsideplus.az "aspor"a  xəbər verir ki, "sarı-qırmızılar" Salih Uçarı heyətinə qatmaq üçün hərəkətə keçib. 2012-ci ildə "Fənərbağça"nın "Bucaspor"dan 1,5 milyon avroya aldığı, sonradan "Roma", "Syon", "Empoli" kimi klublara icarəyə göndərdiyi futbolçu Fatih Terimin qış fasiləsindən sonra sərəncamında görmək istədiyi əsas adlardandır. 

Hazırda "Alanyaspor"un uğurları üçün tər tökən hücumameyilli yarımmüdafiəçi cari Super Liqa mövsümündə meydana çıxdığı 8 oyunda rəqib qapılarına yol tapa bilməyib. "Alanyaspor"la anlaşma müddəti 2021-in yayına qədər olsa da, "Qalatasaray" yanvarda adıçəkilən kluba müəyyən vəsait ödəməklə Salihə sahib çıxmaq istəyir.