“Kasımpaşa”da koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Offsideplus.az  Türkiyə klubunun saytına istinadla xəbər verir ki, birdən-birə 7 futbolçu COVİD-19-a yoluxub.

Super Liqanın 9-cu turu çərçivəsində “Konyaspor”un qonağı olacaq komandanın kollektivi koronavirus testindən keçirilib. Nəticədə 7 futbolçunun koronavirusa yoluxduğu üzə çıxıb. Onlardan ikisi ölkəsinin milli komandasından qayıdan oyunçulardır.

Adları açıqlanmayan futbolçular karantinə alınıblar.