Futbol üzrə Türkiyə çempionatının oyunlarını idarə edən hakimlər növbəti dəfə koronavirus testindən keçiblər. 

Offsideplus.az xəbər verir ki, testlər nəticəsində 4 hakimdə koronavirus aşkarlanıb.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Virusa yoluxan hakimlərin simptom göstərmədiyi və karantinə alındıqları diqqətə çatdırılıb. Adları açıqlanmayan referilər 14 gün ərzində karantində qalacaqlar.