Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa”“Trabzonspor” klublarında koronavirusa yeni yoluxma halları qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, “Kasımpaşa”da 2 oyunçunun koronavirus testi müsbət nəticə veribsə, “Trabzonspor”da bir futbolçu virusa yoluxub. Həmin oyunçular dərhal karantinə alınıblar.

Qeyd edək ki, koronavirus aşkarlanan futbolçuların adı ictimaiyyətə açıqlanmır.