2020/21 mövsümündə futbol üzrə Türkiyə Super Liqasına yüksələn son komanda müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, TFF 1-ci liqada 3-6-cı yerləri tutan dörd komanda arasında təşkil olunan pley-off mərhələsinin finalında “Adana Dəmirspor”la “Fatih Karagümrük” klubları qarşılaşıblar.

Əsas vaxt 1-1 hesablı bərabərliklə yekunlaşıb, əlavə vaxtda hesab dəyişməyib. 11 metrlik zərbələrini daha dəqiq yerinə yetirən (6:5) “Fatih Karagümrük” Super Liqada iştirak hüququ qazanıb. Sözügedən komanda sonuncu dəfə 36 il əvvəl Super Liqada iştirak etmişdi.
Daha əvvəl TFF 1-ci liqanın qalibi olan “Hatayspor”la 2-ci pilləni tutan “Ərzurumspor” da elitaya yüksəlmişdi.

Matçın icmalını təqdim edirik: