İdman Arbitraj Məhkəməsi (CAS) “Trabzonspor” klubunun apellyasiya şikayətinə baxıb.

Offsideplus.az xəbər verir ki, UEFA tərəfindən avrokuboklardan bir illik kənarlaşdırılan Super Liqa təmsilçisinin cəzası qüvvədə qalıb.

Qurum  “Trabzonspor”un dəlillərini yetərsiz sayıb.

Bununla da "Bordo mavilər" qarşıdakı mövsümdə avrokuboklarda iştirak edə bilməyəcək.

"Beşiktaş" klubu isə Çempionlar Liqasında iştirak edəcək.