"Beşiktaş"ın futbolçusu Viktor Ruis komandası ilə müqaviləni birtərəfli olaraq ləğv edib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı müdafiəçinin klubdan alacaqları ödənilmədiyi üçün bu addımı atdığı bildirilib.

Qeyd edək ki, V.Ruis 2019/2020 mövsümünün əvvəli 2,5 milyon avroya "Vilyarreal"dan "Beşiktaş"a transfer olunmuşdu.