"Barselona" klubunun iki futbolçusu - Jan-Kler TodiboMussa Vaqe karyeralarını Türkiyədə davam etdirə bilərlər.

Offsideplus.az İspaniya mediasına istinadən xəbər verir ki, "Fənərbağça" onların xidmətində maraqlıdır. Klubun prezidenti Ali Koç "Barselona" rəhbərliyi ilə arasında olan yaxşı əlaqələrindən istifadə edərək, Todibo və Vaqenin transferini həll etməyi planlaşdırır.

Todibo 2019-cu ildə "Tuluza"dan transfer edilib. Müdafiəçi 2019-20 mövsümünü icarə əsasında "Şalke"də keçirib.

Vaqe də 2019-cu ildə "Barsa"ya qoşulub. Sözügedən futbolçu "Nitsa"da icarədə idi.