"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim şəxsi "Tvitter" hesabından paylaşım edib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis vəziyyətinin yaxşı olduğunu bildirib və onunla maraqlanan hər kəsə təşəkkür edib:

"O qədər gözəl və özəl duyğuların içərisindəyəm. Hər duanı ürəyimdə hiss edirəm. Bu, hamımız üçün bir imtahanadır. Dualarınızla, gözəl diləklərinizə bu imtahandan çıxacağıq. Yaxşıyam və inşallah daha yaxşı olacağam. Əlim ürəyimdə hər birinizə təşəkkür edirəm".