Koronavirusa yoluxan "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin hal-hazırdakı vəziyyəti məlum olub.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisin yüngül öskürəkdən başqa şikayətinin olmadığı və müalicəsinə başlanıldığı bildirilir.

Tibb personalı onun vəziyyətini mütəmadi şəkildə nəzarətdə saxlayır.