"Qalatasaray" klubunun futbolçusu Mario Lemina zədələnib.

Offsideplus.az xəbər verir ki, Superliqanın 22-ci turu çərçivəsində "Malatyaspor"la keçirilən oyunda zədələnən yarımmüdafiəçi 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 26 yaşlı fransalı futbolçu buna səbəbdən 23-cü turda səfərdə "Fənərbağça" ilə oyunu buraxmalı olacaq.

Qeyd edək ki, "Fənərbağça" - "Qalatasaray" oyunu 23 fevral 21:00-da start götürəcək.