“Qaziantep” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Suepr Liqa təmsilçisi Portuqaliyanın “Belenenseş” klubundan Andre Souzanı transfer edib.

29 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik saziş imzalayıb.

Andre Souza Portuqaliyanın U-21 yığmasında da oynamasına baxmayaraq, əsas milliyə dəvət almayıb.