"Beşiktaş" klubu baş məşqçisi Abdullah Avcı ilə yollları ayırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" əldə edilən zəif nəticələrə görə təcrübəli mütəxəssislə müqaviləyə xitam verib. Klub bununla bağlı bəyanat da yayıb: 

"İdarə heyətimiz "Beşiktaş" klubunun baş məşqçisi Abdullah Avcı ilə yolları ayırıb. Ona hər şey üçün təşəkkür edir və gələcək karyerasında uğurlar arzu edirik"

Qeyd edək ki, 56 yaşlı mütəxəssis ötən il komandanın sükanı arxasına keçmişdi.