"Qalatasaray" klubu futbolçusu Emre Taşdemirlə müqaviləsinin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı müdafiəçinin sözləşməsi 2021-ci ilin yayınadək uzadılıb. Futbolçu növbəti mövsüm üçün 2 milyon 200 min Türk lirəsi qazanacaq.

Qeyd edək ki, E.Taşdemir ötən ildən İstanbul təmsilçisinin formasını geyinir.