Türkiyə Super Liqasında XXVIII turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Qaziantep"i qarşılaşıb.

Matç İstanbul təmsilçisinin 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Super Liqada turnir cədvəlinə 37 xalla "Sivasspor" başçılıq edir. "Başakşəhər" 36 xalla 2-ci, "Fənərbağça" 34 xalla 3-cü, "Alanyaspor" 32 xalla 4-cüdür. 24 xalı olan "Qaziantep" 9-cu sırada qərarlaşıb.