Türkiyənin "Fənərbaxça" klubu xərclərinin limiti aşmasına görə sərt cəza ilə üzləşə bilər.

Offsideplus.az "Sabah"a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) mövsümün əvvəlində hər klub üçün xərc limitini açıqlamışdı. Klublar futbolçu, məşqçi heyəti və menecerlik ödənişləri zamanı göstərilən limiti aşarsa, cəza alacaqlar. "Fənərbaxça" üçün limit 32,4 milyon avro dəyərində müəyyənləşdirilsə də, klubun cari mövsümdəki xərci 65,1 milyon avro olub.

Bu ay federasiya ilə klub rəsmiləri bir görüşüb məsələni müzakirə edəcəklər.

Xatırladaq ki, klublara bu mövsüm limiti 30% aşmaq haqqı verilib. Əks halda, sanksiya tətbiq ediləcək. Cəzanın transfer qadağası, yoxsa xal silmə olacağına isə TFF qərar verəcək.