"Qalatasaray" klubu Superliqanın 11-ci turunda səfərdə "Qaziantep" ilə matça ciddi itkilərlə çıxacaq.

Offsideplus.az xəbər verir ki, İstanbul klubunun 4 futbolçusu oyunda iştirak edə bilməyəcək. Radamel Falkao, Əmrə Akbaba, Şənər Özbayraklı və Yunes Belhanda zədə səbəbi ilə meydanda olmayacaqlar.

Qeyd edək ki, “Qaziantep” - "Qalatasaray” matçı bu gün Bakı vaxtı ilə 21:00 başlayacaq.