"Liverpul" klubunun əfsanəvi futbolçusu Stiven Cerrard məşqçilik karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az İngiltərənin "Daily Record" nəşrinə istinadən xəbər verir ki, "Beşiktaş" klubu onu komandanın sükanı arxasına gətirmək niyyətindədir. Abdullah Avcı rəhbərliyi ilə bu mövsüm Super Liqaya istənilən kimi start verməyən "Beşiktaş" rəhbərliyinin bu səbəbdən Cerrardı gətirmək istədiyi qeyd edilir. 

Qeyd edək ki, Cerrard futbolçu karyerasını bitirdikdən sonra 2016-cı ildə "Liverpul"un akademiyasında məşqçilik etməyə başlayıb. 2018-ci ildə isə 39 yaşlı əfsanəvi futbolçu Şotlandiyanın "Reyncers" klubunun sükanı arxasına keçib.