"Dənizlispor" klubu baş məşqçisi Yücəl İldizlə yollarını ayırıb. 

Offsideplus.az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışları olub. Klubun açıqlamasında komandanın vəziyyətinin idarə heyəti tərəfindən qiymətləndirildiyi və 66 yaşlı çalışdırıcının müqaviləsinin birtərəfli olaraq ləğv edildiyi bildirilib.

Qeyd edək ki, "Dənizlispor" Superliada 7 turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb