“Beşiktaş” ciddi itkilərlə üzləşib. 

Offsideplus.az xəbər verir ki, “qara qartallar”ın futbolçusu Dorukan Toköz zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Superliqanın VII turunun “Alanyaspor”la oyununda (2:0) diz bağları qopan Dorukan əməliyyat olunacaq. 23 yaşlı yarımmüdafiəçinin 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Həmin oyunda “Beşiktaş”ın daha iki futbolçusu - Kevin Nkudu və Oğuzhan Özyakup da sıradan çıxıb. Amma bu gündən müalicələrinə start verilən bu oyunçuların zədəsi elə də ciddi deyil və onların tezliklə sıraya dönməsi gözlənilir.