Keçən ay “Fənərbağça”dan ayrılaraq “Atalanta”ya keçən Martin Şkrtel İtaliya klubunda çox qalmayıb. 

Offsideplus.az xəbər verir ki, fiziki durumu “Atalanta”nın məşqçilər korpusunu qane etməyən 34 yaşlı futbolçu ilə yollar ayrılıb.

Slovakiyalı müdafiəçi karyerasını yenidən Türkiyədə davam etdirəcək. Onu “Başakşəhər” transfer edib. Klubun rəsmi saytı futbolçu ilə bir illik müqavilə imzalandığını açıqlayıb.