"Qalatasaray" klubu hücumçusu Mbaye Dianı İtaliyanın "Verona" klubuna icarəyə verib. 

Offsideplus.az xəbər verir ki, A Seriya təmsilçisi Seneqal millisinin üzvünü bir illik icarəyə götürüb. “Verona” müqavilənin şərtələrinə görə mövsümün sonunda futbolçunu 2,5 milyon avro qarşılığında satın ala bilər.

Qeyd edək ki, “Qalatasaray” 27 yaşlı forvardı bu ilin əvvəlində "Kasımpaşa"dan 13 milyon avroya transfer edib.