“Beşiktaş” klubu yarımmüdafiəçi Mohammed El-Nenninin transferini rəsmiləşdirib. 

Offsideplus.az xəbər verir ki, “qara qartal”lar 27 yaşlı oyunçunu “Arsenal”dan icarə əsasında sıralarına qatıblar. Oyunçunu birdəfəlik almaq bəndi də daxil olmaqla 1 illik müqavilə imzalanıb. Transferin məbləği ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, El-Nenni 2016-ci ildə “Bazel”dən “topçular”ın heyətinə cəlb olunub.