"Beşiktaş" klubundan ayrılan Rikardo Kuarejmanın "Kasımpaşa"ya keçidi rəsmiləşib. 

Offsideplus.az xəbər verir ki, portuqaliyalı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. 35 yaşlı yarımmüdafiəçi yeni klubunda 17 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Rikardo Kuarejma 2010-2012 və 2015-ci ildən “Beşiktaş”da oynayırdı.