"Roma" klubunun yarımmüdafiəçisi Stiven Nzonzi karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu "Qalatasaray"a keçməyə yaxındır.

Fransa yığmasısın üzvü İstanbul təmsilçisi ilə danışıqları müsbət yekunlaşdırıb və şəxsi razılıq əldə olunub. Artıq klublar da ortaq məxrəcə gəliblər. İlkin razılığa əsasən, 30 yaşlı oyunçu 2019-20 mövsümünü icarə əsasında Türkiyə çempionunda keçirəcək. Onun yeni komandasında illik məvacibinin 3-4 milyon avro olması gözlənilir.

Nzonzi yaxın günlərdə İstanbula yollanaraq, "Qalatasaray"la münasibətləri rəsmiləşdirəcək.