“Qalatasaray” klubuna  keçəcəyi dəqiqləşən “Monako”nun hücumçusu Radamel Falkaonun yeni klubunda alacağı maaş müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, yaxın günlərdə kolumbiyalı futbolçu ilə 2+1 illik müqavilə imzalanacaq.

Razılaşdırılmış müqavilə şərtinə əsasən, ona illik 5 milyon və bonus olaraq əlavə 2 milyon avro ödəniləcək. Transfer rəsmiləşdikdən sonra bu pulun 5 milyonu əvvəlcədən Falkaonun bank hesabına yatırılacaq.