Son günlər adı İspaniya klubları ilə yanaşı çəkilən “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə bağlı daha bir iddia ortaya atılıb.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor”un transfer hədəfindədir.

Türkiyə mətbuatının yaydığı xəbərdə, Mahirin “Bakı” və “Qarabağ”da ümumilikdə 142 matç keçirdiyi və 37 qol, 12 məhsuldar ötürmə ilə yadda qaldığı bildirilib.

Türkiyəli həmkarlarımız İspaniyadan Mahirlə “Deportivo”, “Malaqa” və “Almeriya” klublarının maraqlandığını yazıblar.

Mahirin formasını geyindiyi “Qarabağ” hazırda Çempionlar Liqasında mübarizə aparır.