Futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olub.

Offsideplus.az xəbər verir ki, kubok uğrunda mübarizədə "Qalatasaray" və "Akhisar Bələdiyyəspor" qarşılaşıb. Görüş İstanbul klubunun 1:0 hesabı qələbəsi ilə başa çatıb.Matçda yeganə qolu 38-ci dəqiqədə "Qalatasaray"ın yarımmüdafiəçisi Yunes Belanda vurub.

Beləliklə, "Qalatasaray" 16-cı dəfə Türkiyə Superkubokunun qalibi olub.