Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” komandası növbəti yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə ötən mövsüm Avropa Liqasında “Qarabağ”l eyni qrupda yer alan Ukraynanın “Vorskla” kollektivi ilə qarşılaşıb.

“Koru” otelinin meydançasında baş tutan görüşdə hesabı 41-ci dəqiqədə Ülvi İsgəndərov açıb. Lakin rəqib 44-cü, 57-ci və 81-ci dəqiqələrdə fərqlənməklə qələbə qazanıb – 3:1. İsgəndərov 57-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Qeyd edək ki, “Qəbələ” Türkiyədə keçirdiyi ilk yoxlama oyununda Ukraynanın digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib.