"Beşiktaş" heyətini daha bir futbolçu ilə gücləndirib.

"Gimaraeş"in hücumçusu Tayler Boyd İstanbul təmsilçisi ilə anlaşıb.

25 yaşlı oyunçu bu gün tibbi müayindən keçib. ABŞ millisinin üzvü gün ərzində yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Tayler Boyd bu ilin ilk 6 ayını icarə əsasında "Ankaragücü"də keçirib.