"Qalatasaray" yarımmüdafiəçisi Fernando ilə yollarını ayırıb.

Braziliyalı orta sahə oyunçusu karyerasını İspaniyada davam etdirəcək.

Belə ki, "Sevilya" 32 yaşlı futbolçunun transferini yekunlaşdırıb. Klublar arasındakı razılığa əsasən, Türkiyə çempionu bu keçiddən 4 milyon avro gəlir əldə edəcək. "Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqanın da tezliklə əks marşrut üzrə hərəkət etməsi gözlənilir.

Qeyd edək ki, Fernando "Qalatasaray"a 2017-ci ilin yayında "Mançester Siti"dən keçmişdi.