Türkiyə Super Liqasında çıxış edən “Kasımpaşa” klubunun baş məşqçisi Mustafa Dənizli vəzifəsindən istefa verib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis uğurlu nəticə əldə edə bilmədiyi üçün bu addımı atıb.

Təcrübəli mütəxəssis ötən ilin oktyabrın ayından İstanbul klubuna rəhbərlik edirdi. "Kaslmpaşa" 32 turdan sonra turnir cədvəlində 38 xalla 13-cü pillədə qərarlaşıb.

Dənizli 2013/14 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırıb.