Türkiyə 2-ci liqasında 1-ci liqaya vəsiqə uğrunda pley-off görüşləri keçirilir. 

Offsideplus.az xəbər verir ki, millimizin sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi "Fatih Karagümrük” də bu mərhələdə növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Şanlıurfaspor”la qarşılaşıb. Futbolçumuzun komandası səfərdə minimal hesabla (1:0) məğlub etdiyi bu rəqiblə cavab oyunundan da qələbəylə (2:1) ayrılıb və yarımfinala yüksəlib.

Toğrul bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.