Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Emre Akbaba bir il müddətinə sıradan çıxıb. 

Offsideplus.az "Hürriyet"ə istinadən xəbər verir ki, səbəb 27 yaşlı yarımmüdafiəçinin sağ ayağının üç yerdən qırılmasıdır. 

Əməliyyat olunan oyunçu 2019/2020 mövsümündə çıxış edə bilməyəcək. Akbaba yalnız 2020-2021 mövsümündə yaşıl meydanlara qayıda bilər.

Qeyd edək ki, Emre Akbabanın ayağı Türkiyə Super Liqasının XXXII turunda "Rizespor"la səfər matçının 68-ci dəqiqəsində qırılıb. Görüş "Qalatasaray"ın qələbəsi ilə yekunlaşıb - 3:2.