Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir. 

Offsideplus.az xəbər verir ki, bu gün daha 4 oyun keçiriləcək. Turun mərkəzi qarşılaşmasında "Qalatasaray" səfərdə "Fənərbaxça"nın qonağı olacaq. Çempionluq uğrunda mübarizə aparan Fatih Terimin komandası İstanbul derbisində 19 ildir səfərdə uda bilmədiyi əzəli rəqibini məğlub edib, lider "Başakşəhər"lə xal fərqini 3-ə endirməyə çalışacaq.

Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Fənərbaxça" isə doğma meydan və azarkeş amilindən maksimum yararlanıb, yenə "Cim-Bom"u evə xalsız göndərmək niyyətindədir.

İstanbul nəhəngləri arasında sayca 389-cu derbi Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Qeyd edək ki, hazırda "Qalatasaray" 55 xalla 2-ci, "Fənərbaxça" isə 32 xalla 13-cü pillədə qərarlaşıb.

Türkiyə Superliqası, 28-ci tur

14 aprel

20:00. "Fənərbaxça" - "Qalatasaray"