Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir. Offsideplus.az xəbər verir ki, dünən üç matç keçirilib. "Konyaspor" doğma meydanda "Sivasspor"a bərabərə qalıb - 1:1. "Göztəpə" isə səfərdə "Rizespor"a uduzub - 0:1. Günün ən maraqlı qarşılaşması İstanbulda keçirilib. "Beşiktaş" lider "Başakşəhər"i qəbul edib və 2:1 hesablı qələbə qazanıb.