“Fənərbağça”da baş məşqçi Ervin Kumanın gələcək taleyi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, komandanın idman direktoru Damien Komolli Türkiyə mətbuatına açıqlamasında, Ervin Kumanla yollarına davam edəcəklərini deyib:

“Azarkeşlər göstərdikləri reaksiyada haqlıdırlar. Biz çalışaraq, yenidən qələbə seriyamıza davam edəcəyik. Azarkeşləri sevindirmək üçün mütləq qələbələr lazımdır. Kumanla yolumuza davam edirik. Transferlər üzərində işlər görülür”.

“Fənərbaxça”da mövsümün əvvəlində Filip Koku baş məşqçi postuna gətirilmiş, Kuman isə onun köməkçisi təyin edilmişdi. Uğursuz nəticələrdən sonra “bülbüllər” Koku ilə yollarını ayırmış və onun köməkçisi Kumanı müvəqqəti olaraq “sükan arxasına” gətirmişdi.

“Fənərbaxça” Super Liqada 14 turdan sonra 14 xalla 15-ci sırada qərarlaşıb.(komanda.az)