Ortaya çıxardığı sənədlərlə dünya futbolunu silkələyən "Football Leaks" yeni faktlar açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu dəfə icarə əsasında "Başakşəhər"də çıxış edən "Barselona"nın futbolçusu Arda Turan və onun meneceri Ahmet Bulutla bağlı sənədlər ictimaiyyətə göstərilib.

Sənədləri analiz edən "The Black Sea" adlı internet portalı Ardanı vergidən yayınmaqda, Bulutu isə qanunsuz komissiya haqqı anlaşması imzalamaqda günahlandırıb.

2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya 13 milyon avroya transfer olunaraq ən bahalı türk futbolçu olan Arda İspaniya klubu ilə 4 illik müqavilə imzalamış, katalonlarla ildə 2,5 milyon avro maaşa razılaşmışdı. "Football Leaks"in yayımladığı sənədlərdə onun maaşının 15 faizinin adı açıqlanmayan bir imic şirkətinə köçürüldüyü məlum olur.

Offşor ola biləcəyi iddia edilən bu şirkət sayəsində Ardanın yüzminlərlə avronu vergidən yayındırdığı iddia edilir. "The Black Sea" son illər Lionel Messi, Neymar, Xavyer Maskerano kimi ulduz futbolçuların da bənzər qanunsuzluqlar etdiyini və ağır cəzalar aldıqlarını xatırladır.

İddialarda həmçinin qeyd edilir ki, Ardanın "Atletiko"da iki uğurlu mövsümdən sonra meneceri Ahmet Bulut həm özü, həm də futbolçu üçün daha sərfəli bir müqavilə imzamaq məqsədi ilə lobbiçilik fəaliyyəti göstərib.

Bulut mətbuata bir açıqlamasında "Mən futbolçularıma həmişə yaxşı müqavilələr imzalatdırıram. Onların məni seçmələrinin səbəbi də budu. Çünki mən əsla klubun yanında yer almıram" demişdi. Ancaq "Football Leaks"in ortaya çıxardığı sənədlər bunun əksini göstərir.

Ardanın "Atletiko" ilə müqaviləsinin müddətini 2017-ci ilə qədər uzatmasından bir gün sonra Bulutla İspaniya klubu arasıqda qanunsuz bir komissiya haqqı müqaviləsi izamanıb. Sözügedən mənbənin üzə çıxardığı sənəddən də görünür ki, "Atletiko" Ardanın müqaviləsini yeniləməyi təmin edəcəyi halda menecerin offşor hesabına 1,5 milyon avro ödəməyi vəd edir.

Bununla da Bulut FIFA-nın menecerlərin transfer danışıqları zamanı ancaq bir tərəfi təmsil etməsini tələb edən, amma 2015-ci ildə ləğv olunan qaydasını öz maraqlarına görə pozur.

Fanat.Az