Milan UEFA tərəfindən cəzalandırılacaq.

Offsideplus.az xəbər verir ki, İtaliya klubu maliyyə feyr-pley qaydalarını pozduğuna görə, 20 milyon avro ödəməli olacaq. Həmçinin komandanın Avropa liqasında oynamaq üçün yeni futbolçular almasına qadağa qoyulacaq. Milanlılar cərimənin bir hissəsii dərhal ödəməlidir. Qaydaları yenidən pozmyacağı təqdirdə, UEFA vəsaitin ödənilməmiş hissəsini dondura bilər. Xatırladaq ki, Milan feyr-pley qaydalarını pozduğuna görə, ötən ilin iyun ayında Avropa liqasından uzaqlaşdırılıb. Lakin İdman Arbitraj Məhkəməsi bu qərarı ləğv edib.