"Yuventus" Fransa klubu "Nant"ın yarımmüdafiəçisini heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, Abdulaye Dabo icarə əsasında Turin təmsilçisinə keçib. Qvineya əsilli fransalı yarımmüdafiəçi "Yuventus"da mövsümün sonunadək çıxış edəcək.

"Qoca sinyora" yayda 20 yaşlı oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.