İtaliya A Seriyasında 9-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, səfərdə "Benevento" ilə qarşılaşan "Yuventus" 1:1 hesablı heç-heçə ilə yadda qalıb. "Yuventus"un yeganə qolunun müəllifi Alvaro Morata olub.

Qeyd edək ki, görüşdə Kriştiano Ronaldo iştirak etməyib. Baş məşqçi Andrea Pirlo portuqaliyalı ulduza istirahət verdiyi açıqlamışdı.

Oyunun icmalını təqdim edirik:

"Benevento" - "Yuventus" 1:1 (A.Morata, 21. - Q.Letizia, 45+4.)