Kriştiano Ronaldo İtaliya A seriyasının 9-cu turunda baş tutacaq "Benevento" - "Yuventus" görüşünü buraxacaq.

Offsideplus.az xəbər verir ki, buna səbəb baş məşqçi Andrea Pirlonun portuqaliyalı ulduza istirahət verməsidir. Belə ki, baş məşqçi sıx oyun trafiki keçirən Ronaldonun zədələnməsindən qorxur.

Qeyd edək ki, "Benevento" - "Yuventus" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.