Rusiyalı futbolçu koronavirusa yoluxub.

Offsideplus.az "Atalanta"nın rəsmi saytına istinadla xəbər verir ki, Aleksey Mirançukdan götürülən koronavirus testi müsbət nəticə verib. Futbolçu karantinə alınıb.

Qeyd edək ki, Mirançuk Rusiyanın legioner həyatı yaşayan azsaylı futbolçularındandır. Ölkəsində kifayət qədər sevildiyini deyə bilərik. 25 yaşlı futbolçu sentyabrda 14,5 milyon avro qarşılığında "Lokomotiv"dən "Atalanta"ya transfer olunmuşdu.